Yanvar 26, 2022

Mirziyoyev Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirak edib

Dekabrın 28-də Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.

Turaz.org xəbər verir ki iclasda cari ildə qarşılıqlı fəaliyyətin nəticələrinə yekun vurulub və qarşıdan gələn 2022-ci il üçün prioritet vəzifələr müzakirə edilib. Tərəflər regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

MDB-nin gələcək inkişafı üçün prioritetlərdən danışan Mirziyoyev üç meyarda əməkdaşlığa diqqət yetirməyi təklif edib: siyasi, iqtisadi və humanitar. MDB məkanında tam hüquqlu azad ticarət zonasının formalaşdırılmasının və nəqliyyatın qarşılıqlı əlaqəsinin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozcard-ve-humo-qarsiliqli-inteqrasiyanin-birinci-merhelesini-tamamlayir
Həmçinin bax: kafkazh.com/tedqiqat-hipotezi

Translate »