İyun 4, 2023

Mirziyoyev TDT-də təməl islahatların aparılmasını təklif edir

Noyabrın 11-də Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı təşkilatda təməl islahatların aparılmasını təklif edib.

 

Turaz.org xəbər verir ki, “Bizim ən vacib vəzifəmiz Türk Dövlətləri Təşkilatının fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə çatdırmaq, onun nüfuzunu artırmaq, əməkdaşlığımızın imkanlarından tam istifadə etmək, qərar və razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Qurumun tabeliyində müxtəlif strukturlar və mexanizmlər yaradılıb, nazirlik səviyyəsində çoxlu görüşlər və digər tədbirlər keçirilir. Bununla belə, etiraf etmək lazımdır ki, onların sistemli uzlaşmanı təmin etmək və effektivliyə nail olmaq üçün hələ çox işlər görülməlidir”, – deyə o bildirib.

Dövlət başçısı bildirib ki, qurumun gələcəkdə tamamilə yeni, səmərəli sistem əsasında işləməsi üçün səyləri birləşdirmək lazımdır.

 

“Bu məqsədlər üçün təşkilatda təməl islahatların aparılmasını təklif edirik. İlk növbədə, biz prioritet sahələr – siyasət və təhlükəsizlik, ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, enerji, informasiya texnologiyaları, turizm, innovasiya və təhsil, tibb, gənclər və digər sahələr üzrə nazirlik səviyyəsində ayrıca komitələr yaratmalıyıq. Onların fəaliyyətinə ekspert və alimlərin, dövlət və özəl sektor nümayəndələrinin fəal cəlb olunması, şübhəsiz ki, onlara daha böyük səmərəlilik verəcək”, – deyə o bildirib.

Mirziyoyevin sözlərinə görə, zaman təşkilatın katibliyinin rolunun və əhəmiyyətinin köklü şəkildə artırılmasını tələb edir. O, hər bir sahədə məhsuldar işi təşkil etməli və səmərəli çoxtərəfli əməkdaşlıq üçün güclü qüvvəyə çevrilməlidir.

“Ümid edirəm ki, bu gün səslənən fikirləri nəzərə alaraq, biz növbəti sammitdə katibliyin yeni strukturunu təsdiq edəcəyik. Digər bir məsələ isə dövlət başçılarının qəbul etdikləri bütün qərar və sənədlərə ciddi nəzarət sisteminin gücləndirilməsi ilə bağlıdır. Hesab edirəm ki, təşkilatımızın ağsaqqallar şurasını bu prosesə cəlb etməli, onların zəngin təcrübə və biliklərindən istifadə etməliyik”, – deyə dövlət başçısı nitqini yekunlaşdırıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Ilknur Yusifova

Həmçinin bax: https://turaz.org/elon-musk-nagd-pulun-yanmasi-davam-ederse-twitter-in-iflasa-ugraya-bileceyini-xeberdar-etdi/

Translate »