Sentyabr 28, 2022

Mirziyoyev Zelenskini və Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Ukrayna prezidenti Vladimir Zelenskini və Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Turaz.org xəbər verir ki, Özbəkistanın Ukraynadakı səfirliyi təbrik məktubunun mətnini dərc edib:

Ukrayna prezidenti

Zati-aliləri cənab Vladimir Zelenski

Hörmətli Vladimir Aleksandroviç!

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə sizi və xalqınızı təbrik edirəm. Onu da qeyd etməkdən məmnunluq hissi keçirirəm ki, bu ay biz ikitərəfli münasibətlərimizin tarixində mühüm tarixi – diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik.

Şübhə yoxdur ki, ənənəvi olaraq dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Özbəkistan-Ukrayna münasibətləri birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/ozbekistanin-bas-naziri-qirgizistana-sefer-edib
Həmçinin bax: kafkazh.com/aile-deyerleri

Translate »