Misirin yeni inzibati paytaxtı ilə hazırkı paytaxtı Qahirə arasında metro xəttinin təməli atılıb.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, Qahirə metrosunun 3-cü xəttinin yeni stansiyasının da açılışı olub.
Təqribən 20 milyon əhalisi olan Misir paytaxtının yeni infrastruktur layihəsinin təqdimatında da iştirak edən Prezident Əbdülfəttah əl Sisi bildirib ki, yeni inzibati paytaxtın köhnə şəhər ilə nəqliyyat əlaqəsi binaların tikilməsi və yolların salınması qədər əhəmiyyətlidir.
Misir Prezidenti əlavə edib ki, yeni növ koronavirus pandemiyasına rəğmən yeni inzibati paytaxtın tikintisi tam gücü ilə davam edir. Onun sözlərinə görə, 24 min binanın 70 faizində tikinti işləri aparılır. Ümumi dəyəri 58 milyard dollar olacaq bu nəhəng layihənin vaxtında başa çatdırılması üçün COVID-19 pandemiyası ilə əlaqədar zəruri tədbirlər görən podratçı şirkətlər bütün güclərini səfərbər edib.
Qeyd edək ki, Qahirə şəhəri ilə Qırmızı dənizin arasında – səhrada yerləşəcək bu böyük inzibati paytaxtda Misirin bütün nazirlikləri, maliyyə institutları, habelə xarici ölkələrin səfirlikləri yerləşəcək. Ərazisi 700 kvadratkilometr olacaq şəhərdə 7 milyondan çox sakinin yaşayacağı bildirilir. Yeni inzibati paytaxtın layihəsində yaşayış binaları, süni göllər, təhsil müəssisələri, xəstəxanalar, məscidlər, otellər, parklar, günəş enerjisi stansiyaları, Qahirə ilə 45 kilometrlik dəmir yolu, yeni beynəlxalq aeroport, habelə prezident administrasiyası, parlament və 18 nazirlik binaları nəzərdə tutulub.
Menbe:azertac.az
Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva
Hənçinin bax:https://tehsilim.org/miq-imtahanlari-davam-edir/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib