Oktyabr 22, 2021

MN: “Azərbaycan Ordusunun Ağdərədə erməni traktor sürücüsünü öldürməsi barədə məlumat yalandır”

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ağdərə və Arazdəyən istiqamətində atəşkəsi pozması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.

Bu barədən Turaz.org Report-a istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Müxbir: Əzizə Əlizadə

Translate »