Noyabr 27, 2021

MN: “Azərbaycan Ordusunun atəş açması və erməni hərbçini yaralaması yalandır”

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Turaz.org xəbər verir ki,bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”, – açıqlamada qeyd olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »