Oktyabr 20, 2021

MN: “Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır”

Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.

Turaz.org xəbər verir ki,Nazirlikdən verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”, – Müdafiə nazirliyindən bildirilib.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/yeni-tedris-ilinin-ilk-gunu-ucun-hava-proqnozu-aciqlanib/

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »