May 16, 2022

MN: “Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması barədə məlumat yalandır”

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.

Turaz.org xəbər verir ki,Nazirliyindən bildirilib ki, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir.

“Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır”, – MN-dan qeyd olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »