Yanvar 29, 2022

MN-də hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

Turaz.org xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda qonaqlara regiondakı hərbi-təhlükəsizlik məsələləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Ordusunda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2022-ci ildə planlaşdırılan fəaliyyətlər diqqətə çatdırılıb.

Tədbirdə hərbi attaşelərin sualları cavablandırılıb.

Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də faydalı birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/nato-tecili-iclas-kecirib-ukrayna-serhedindeki-veziyyet-muzakire-olunub
Həmçinin bax: kafkazh.com/essar-tebrizinin-heyat-ve-yaradiciligi

Translate »