Sentyabr 30, 2022

MN: “Erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”

“Üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”.

Turaz.org xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

“Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür”, – nazirlikdən bildirilib.

Müxbir: Əzizə Əlizadə

Translate »