Yanvar 26, 2022

MN: Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Müdafiə Nazirliyi: Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib.

Turaz.org xəbər verir ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

MN-dən APA-ya verilən xəbərə görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/ceferov-hakimiyyetin-seckilere-tezyiqi-tesdiqlense-istefa-vererem
Həmçinin bax: kafkazh.com/essar-tebrizinin-heyat-ve-yaradiciligi

Translate »