Bu gün Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiyn və onun həyat yoldaşı L.Bolortsetseg Monqolustan və Yaponiyanın diplomatic əlaqələrinin qurulmasının 50 illiyi münasibətiilə Yaponiyanın Tokyo şəhərinə rəsmi səfəri baş tutub.
Turaz.org xəbər verir ki, Monqolustan Prezidentini Yaponiyanın xarici işlər üzrə dövlət naziri Şunsuke Takei, Xarici İşlər Nazirliyinin protokol rəhbəri (səfir) Takehiro Şimada və Monqolustanın Yaponiyadakı səfiri D.Batjarqal qarşılayıblar.
Monqolustan Prezidenti U.Xurelsux səfəri çərçivəsində Yaponiya İmperatoru Naruhito ilə görüşəcək və Yaponiyanın Baş naziri Fumio Kişida ilə rəsmi danışıqlar aparacaq.
Monqolustan liderinin Yaponiyaya bu dövlət səfəri 2010-cu ildən bəri ilkdir və Monqolustan və Yaponiya arasında əlaqələrin dərinləşdirilməsinə yönəlib.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/aqilbey-ceferov-yaponiyaya-isguzar-sefere-gedib/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək