Monqolustan hökuməti ölkənin pandemiyadan zərər çəkmiş turizm sektorunu canlandırmaq üçün 2023 və 2024-cü illəri Monqolustana səfər ili elan edib.
Turaz.org bildirir ki, bu arada hökumət Monqolustanı beynəlxalq səviyyədə tanıtmaq üçün onlayn platforma işə salıb. www.mongoliatravel.guide internet saytı və “Visit Mongolia” tətbiqi test rejimində işə salınıb.
www.mongoliatravel.guide veb-saytı və “Visit Mongolia” səyahət proqramı istifadəçiləri monqol, ingilis, rus, çin, yapon, ispan və koreya dillərində Monqolustanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri, yeməkləri, təbiəti haqqında məlumatlar, turist fəaliyyətlərinin cədvəli və digər informasiyalarla təmin edəcək.
Bundan əlavə, Monqolustana gəlmək üçün elektron viza almış hər bir xarici turist tezliklə Monqolustanın baş nazirindən “Monqolustana xoş gəlmisiniz” başlıqlı təbrik məktubu alacaq.
Monqolustan 2024-cü ildə 1 milyon xarici turisti qəbul etməyi və turizmdən 1 milyard ABŞ dolları gəlir əldə etməyi qarşısına məqsəd qoyub. Fevral ayında sərhədlərin yenidən xarici turistlər üçün açılması nəticəsində ölkə bu ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 391,7 faiz çox olmaqla ümumilikdə 42 060 xarici turist cəlb edib.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi : İlknur Yusifova
Həmçinin bax: https://turaz.org/dusenbede-qirgizistan-tacikistan-dovlet-serhedinin-delimitasiyasi-ve-demarkasiyasi-barede-gorus-kecirilib/
Son Xəbərlər
Ermənistan KTMT-dən çıxır? – Vəziyyət mürəkkəbdir
Ermənistan XİN: “Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir