Oktyabr 21, 2021

Mövlud Çavuşoğlu “Krım platforması”-da iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Krım platforması” sammitində iştirak edəcək.

Turaz.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu məqsədlə nazir avqustun 23-də Ukraynaya səfər edəcək.

“Krım Platforması” sammitində 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, “Krım Platforması” Krımın Ukraynanın idarəçiliyinə qaytarılması uğrunda bütün dünyada səyləri koordinasiya etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən yaradılıb.

Sözügedən platformanın inauqurasiya sammiti və onun fəaliyyətə başlaması 23 avqustda həyata keçiriləcək.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/bu-gun-elcibeyin-anim-gunudur/

Translate »