Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi gözlənilir.
Turaz.org xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir. Xüsusi nümayəndələrin Moskvada ilk görüşünün olduğunu xatırladan XİN başçısı vurğulayıb ki, onlar mütəmadi olaraq telefonla əlaqə saxlayırlar:
“Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistanın Baş naziri Nikol Paşinyan da gələklərini deyib. Gəlsələr, məmnun olarıq”.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: tehsilim.org/banm-da-telebe-ve-genc-tedqiqatcilarin-iii-beynlxalq-elmi-konfransi-kecirilecek/
Həmçinin bax: turaz.org/vladimir-putin-turkiyeye-sefer-edecek/
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Universitetin prorektoruna şiddətli töhmət verildi
“COVID-19″la bağlı fövqəladə vəziyyət rejimi ləğv olunacaq