Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.
Turaz.org-un xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər.
Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu bu gündən – yanvarın 5-dən başlayıb.
Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib
İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib
Azərbaycan XİN Norveçi Milli Gün münasibətilə təbrik edib