Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
Avqustun 17-də rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2073 namizədin iştirakı nəzərdə tutulub.
İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
Mənbə:edu.gov.az
Müxbir:Aytac Cəfərova
Həmçinin bax:https://turaz.org/universiteti-bestcomp-group-sirketi-ile-emekdasliq-edir/https://tehsilim.org/liseylere-qebul-imtahanlari-kecirilir/
Son Xəbərlər
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək
TDT Baş katibi Fransanın Türkiyədəki səfiri ilə görüşüb