Azərbaycan Milli Mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən əkinçi qəzetinin nəşri ilə qoyulmuş və müasir dövrümüzə qədər inkişafını davam etdirmişdir.
XX əsrin əvvəllərində isə Azərbaycan mətbuatı özünün ən böyük inkişaf mərhələsinə qədəm qoymuşdur. Millətin dirçəliş dövrü kimi tarixdə iz qoyan 1989-cu ildə “Azərbaycan”qəzeti yaranmış, 1998-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla mətbuat üstündəki senzura qalxmışdır.
Bəs Azərbaycan mətbuatı müasir dövrümüzdə inkişafını necə davam etdirir?
Hal-hazırda ölkə ərazisində 5 mindən artıq müxtəlif kütləvi informasiya vasitələri- qəzet, jurnal, informasiya agentlikləri ve teleradio şirkətləri fealliyyət göstərir. Ədliyyə Nazirliyinin məlumatına görə hazırda ölkədə 4300 nəşr var və onlardan 2800-ü dövlət qeydiyyatında işini davam etdirir. Bunlara baxmayaraq qara siyahıya daxil edilmiş qəzetlərimizdə mövcuddur. “Dəryaz”, “Gündəm”, “Ədalət uğrunda” və s. kimi qəzetlər jurnalistlərin peşə davranış qaydalarını mütəmadiyən pozduqlarına görə, mətbuat şurası tərəfindən bu siyahıya daxil edilib.
Mətbuatın inkişaf etməsi üçün onun azad olması əsas tələbdir.
Azerbaycan söz və mətbuat azadlığına görə MDB dövlətləri sırasında qabaqcıl yerlərdən birinə sahibdir. Bəs doğrudan da ölkəmizdə mətbuat azadlığı varmı?
Bəli bir çox ölkəylə müqayisədə Azərbaycanda mətbuat azadlığı var. Lakin dünyanın bu sahədə qabaqcıl ölkələrinə nəzər salsaq məsələn: Norveç, Finlandiya, ABŞ və s kimi ölkələrdən geridə qalırıq.
İnsanlar hələ də bəzi məqamlarda mətbuatda öz fikirlərini sərbəst ifadə edə bilmir. Çoxu insanın öz hüquq və azadlıqlarına tam bələd olmamaları bunun başlıca səbəblərindən biridir. Mətbuatla bağlı digər mənfi cəhətlərdən biri də şou-biznes sahəsiylə bağlıdır. Müasir mətbuatın bu sahəsində yersiz davranışlar, insanların şəxsi həyatıyla bağlı lazımsız məlumatların yayılması halları çox baş verir. Bəzi köklü mətbuat orqanları- tanınmış xəbər saytları bilərəkdən gündəmə gəlmək üçün, reytinq uğruna məhşur insanların qalmaqallı ailə həyatları və ya geyimləri, şəxsi həyatlarını cəmiyyətə yayır. Düzdür bununla istədiklərinə nail olurlar, lakin, mətbuatımız bele hadisələrlə gündə yaratmamalıdır. Çünki mətbuatın vəzifəsi Azərbaycan xalqını maarifləndirmək və onun savadlılığını artırmaqdır. Həsəb bəy Zərdab, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi dahi şəxsiyyətlərin qayəsi də məhz bu olmuşdur. Təbii ki, mətbuatın əsas qayəsini unutmayan və bu yolda çalışan jurnallar, qəzetlər və xəbər saytları da var.
Lakin, müasir mətbuata nəzər salsaq qəzetlərdən istifadə edən, onları oxuyan çox az sayda insan tapılar. Düzdür texnologiyanın inkişafıda buna təsir edir. Amma, bunlara baxmayaraq dünya üzərində nüfuz sahibi olan ölkələrdə insanlar hələ də qəzet oxumağı üstün tuturlar. Gərək biz də qəzetə olan marağın itməsinə icazə verməyək. Bizə miras qalan mətbuatımıza ən yaxşi şəkildə sahib çıxmaq və onu yüksək səviyyədə inkişaf etdirmək bizim borcumuzdur.
Araşdırmaçı- yazar: “Turaz.org” Təhlil Komandası: Lalə Padarova
Son Xəbərlər
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür
“Digital tourist” eTwinning layihəsi