“44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir”.
Turaz.org xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyətin təltif olunma mərasimində deyib.
“Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət-iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə – Azərbaycan qardaşlığı!”, – general-polkovnik əlavə edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək