Yanvar 26, 2022

Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb

Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb.

Turaz.org-un xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, mina təmizləmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

“2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib”, – o vurğulayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »