Aprel 2, 2023

Müdafiə Nazirliyi: “Düşmənin hərbi təxribatlarını özlərinin qəbrinə çevirdik”

“Biz öz hazırlığımızı artırırdıq. Çünki bilirdik ki, gün gələcək və Ali Baş Komandan “İrəli” əmri verəcək”.

Turaz.org-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

O vurğulayıb ki, Ermənistanın sərsəm bəyanatları Azərbaycanın hər bir vətəndaşının hissiyatına toxunurdu: “Sentyabrın 27-də düşmənin hərbi təxribatları özlərinin qəbrinə çevrildi. Ali Baş Komandanın həmin gün verdiyi əmrlə düşməni məhv etməyə başladıq. Müharibənin ilk günündən düşmənin “Ohanyan səddi”ni keçib irəli getdik”.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/indiyedek-2000-e-yaxin-qaziye-elillik-teyin-edilib/

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »