Dekabr 9, 2021

Müdafiə Nazirliyi: “Partlayış işləri ilə əlaqədar narahatlığa əsas yoxdur”

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Turaz.org xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – nazirlikdən qeyd edilib.

Müxbir: Əzizə Əlizadə

Translate »