Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir. Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Müdafiə Nazirliyindən Turaz.org-a daxil olan məlumata görə, erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/ozbekistan-numayende-heyeti-ikt-xin-leri-surasinin-novbeti-iclasinda-istirak-edib
Həmçinin bax: kafkazh.com/media-ve-siyaset
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib