Dekabr 4, 2022

Mühəndis texnikamız atəşə tutulub

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

 

Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/bakida-mdb-nin-qerargah-reisleri-komitesinin-iclasi-kecirilib/

Translate »