Müsahibədə uğur qazanmış 258 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib
Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AzEdu.az DİM-in avqustun 15-i saat 10:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 258 nəfər uğur qazanıb. Onlardan 170-i Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.
Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə
Həmcinin bax https://kafkazh.com/ilahi-negme/https://kafkazh.com/informasiya-texnalogiyalari-it/
Son Xəbərlər
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək
TDT Baş katibi Fransanın Türkiyədəki səfiri ilə görüşüb