İyun 1, 2023

“Müsəlman olmaq ölümü seçmək idi…”- Şərqi türküstanlı Məryəm Sultan

“Çin hökuməti 800 mindən çox uyğur türkünü dünyanın ən böyük açıq hava həbsxanasında saxlayır”

CNN 2018-ci ildə Çinin minlərlə uyğuru “təlim-tərbiyə” düşərgələrində saxladığı məlumatını yaydı. Bundan sonra faktın araşdırılmasına başlanıldı. Ancaq Çin məsələnin obyektiv şəkildə araşdırılmasına imkan vermir. Məsələn Türkiyə hökuməti Çindən Sintzyan-Uyğur bölgəsinə səfər etməklə bağlı söz alsalar da, Çinin gediləcək yerləri və zamanları əvvəlcədən müəyyənləşdirməsi səbəbindən bu səfər hələdə gerçəkləşməyib. Yayılan görüntülər və məlumatlara qarşı işğalçı hökumətin cavabı isə buranın bir təlim-tərbiyə düşərgəsi olması və radikal, eyni zamanda  “potensial qatil” olan uyğurların burada yenidən təhsil alaraq cəmiyyətə qazandırıldığı yönündədir. Ancaq burada insanlara işgəncələr edildiyi, hətta öldürüldüyü məlumdur.

 

Dünya mediasının məsələyə münasibəti

Dünyanın aparıcı bir çox media qurumu məsələni ictimailəşdirib və araşdırmağa çalışıb. BBC, CNN, Amerikanın səsi və bir çox türk media quruluşları bölgəyə gedib və ya vətənini tərk etmək məcburiyyətində qalmış uyğurlarla reportajlar həyata keçirib. BBC uyğurların saxlanıldığı düşərgəyə gedib və buradan sujet hazırlayıb.

Jurnalist qapısında mühafizə olan darvazadan içəri keçir. Təhsil, təlim-tərbiyə düşərgəsi deyilən düşərgəyə daxil olur. İçəridə onu çox xoşbəxt görünən, mahnı oxuyan, rəqs edən, Çin dilində müxtəlif şüarlar təkrarladılan insanlar qarşılayır. Jurnalist onlardan niyə burada olduqlarını soruşanda onlar beyinlərinin radikal və terrorizmdüşüncüləri ilə yuyulduğunu və burada onlardan qurtulduqlarını deyirlər. “Onlar çox xoşbəxt görünsələrdə məncə bu real deyil. Onlar bizim gələcəyimizi əvvəlcədən bilirdilər. Buna görədə belə davranmaq üçün tənbeh edilmiş ola bilərlər”-deyə jurnalist əlavə edir. Onlar orada qalır və ailələrinin yanına gedə bilmirlər. Düşərgə rəsmilərinin birinə “Bura təhsil düşərgəsindən daha çox həbsxanaya oxşayır. Əgər bura təlim-tərbiyə düşərgəsidirsə onda insanlar niyə istədiyi vaxt buranı tərk edə bilmir?”-deyir BBC jurnalisti. Aldığı cavab isə ”Onlar cinayət törətmək ehtimalı olan insanlardır. Cinayət törətməklərini gözləyə bilmərik.“  BBC-nin düşərgədəki vaxtı bitir və oranı tərk edirlər. Başqa düşərgələrə də getməyə çalışsalar da onlara içəri keçməyə icazə verilmir.

Vətənini tərk edərək dünyanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalanların danışdıqları isə insanlıq cinayətləridir. Orada türklər fiziki və psixilojik bir çox işgəncələrə məruz qalır.

 

Şahidlər deyir…

“Biz orta məkəbdə oxuyanda bizi tarlalara, pambıq və sairə yığmağa aparırdılar. 36 kilodan az yığıdığım vaxt məni çox döyürdülər. Ramazanda sahura durmaq üçün axşamdan hər şeyi stolun üstündə hazır qoyurduq və sahura duranda şam işığında yeməyimizi yeyirdik ki, oruc tutduğumuzubilməsinlər. Məktəbdə bizi su içməyə məcbur edirdilər. İndi isə mən buradan ailəmlə danışa bilmirəm. Onların necə olduqlarından xəbərim yoxdur.  ”

“Mən 5 ildir övladlarımdan xəbər ala bilmirəm. Onları müalicə üçün Türkiyəyə gətirdik. Sonra yoldaşım geri qayıtdı və onu orada həbs edib 18 il cəza verdilər. Mən qayıtdım. Amma övladlarımdan ikisi orada qaldı və mən onlardan xəbər ala bilmirəm. Bayramlar keçir amma mənə bayram keçmir. Biz orada qara geyinə bilməzdik. Evimizi axtaracaqlar deyə geyimlərimizi basdırırdıq. ”

“Anama zəng vururdum cavab vermirdilər. Bir neçə ay sonra açdı və “bizə zəng vurma sən zəng vuranda evə polislər gəlir və bizi sorğu sual edir”- dedi. Mən məsələni ictimailəşdirdim bundan sonra anam mənə zəng vurdu və dedi ki, “indicə polis gəldi və mənə telefon verdi ki, oğlunla danış” . Mən də anama dedim “polisə de ki, oğlumla danışmaq üçün sizə ehtiyacım yoxdur”. Dərhal zəng kəsildi”.

 

Bəs Çinin məqsədi nədir?

Sintzyan-Uyğur bölgəsi təbii sərvətlərlə çox zəngindir və geniş bir ərazini əhatə edir. Eyni zamanda 8 ölkə ilə sərhəddir. Bu da ərazini Çin üçün keçidə çevirir. Buranın müstəqil olması təbii sərvətlərdən gələn gəlirlərin və tranzit yolunun Çinin əlindən çıxması deməkdir. Tarixdən türklərin azadlıq sevgisini bilən işğalçı hökumət buradakı türk əhalininassimliyasiya olmasına çalışır. Bunun üçün buraya çinli ailələri köçürür və uyğur qızlarını çinli oğlanlarla evlənməyə məcbur edir. Razı olmayanları ailələri ilə birlikdə  düşərgələrə göndərir. Ancaq türklər yenədə adət-ənənələrini, dinlərini övladlarına öyrədir və Çinin zülmünə qarşı mübarizə aparırlar. Çin tərəfindən işğalından bəri 200 dəfə azadlıq üçün cəhd edib uyğurlar. Nəticədə üç dəfə müstəqillik əldə edə biliblər.

 

Dünya dövlətlərinin və təşkilatlarının münasibəti

Türkiyə və bəzi ölkələr bəzən uyğur problemi ilə bağlı Çinə etiraz etsə də iqtisadi və başqa bir çox əməkdaşlıq səbəbindən ciddi bir addım atılmır. Bu da gündən -günə Şərqi Türküstanda uyğurlara qarşı zülmü artırır. BMT uyğurlara qarşı etnik soyqırımtörədilməsini tanıyıb. Ancaq bunun da bir faydası yoxdur. Qazaxıstanda Uyğur Diaspora Təşkilatı mövcuddur. Başqa ölkələrdə də belə kiçik təşkilatlar var.

 

 

Bəs uyğurlar kimdir və onlar harada yaşayır?

Tarixi eramızdan min illər əvvələ qədər gedib çıxan qədim türk torpaqlarında yaşayan uyğur türkləri.Sintzyan-Uyğur Muxtar bölgəsi Çinin şimal-qərbində yerləşir. Ərazisi 1,65 milyon kv. km-dir. Uyğur əhalisinin sayı 10 milyondan çoxdur. 1950-ci illərin əvvəllərinin statistikasına əsasən bölgə əhalisinin təxminən 75%-i uyğurlardan ibarət olub. Ancaq Çin bölgədə assimliyasiya aparmaq üçün buraya çox sayda çinli köçürüb. Bunun nəticəsində 2000-ci ildən sonra bölgədə uyğur türkləriəhalinin təxminən 46-ni təşkil edirlər. 6%-ə qədər olan çinli əhali isə 40%-ə qədər artıb. Eyni zamanda uyğur türkləri Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və s. kimi dövlətlərdə də yaşayırlar. Onu da qeyd edək ki, özbəklərdə, uyğurlarda türklərin karluq dil qrupuna aiddir. Qədim Hun İmperiyası dövründə çox mühim yerə sahib olub uyğurlar.     744-cü ildə QutluqBilgə Kül Xaqan tərəfindən Uyğur xaqanlığını yaradıblar.

XVIII əsrin ortalarında Şərqi Türküstan regionu Tsin-Mancur sülaləsi tərəfindən işğal və ilhaq edilib. Uyğurlar işğalla heç vaxt barışmayıblar, bölgədə dəfələrlə üsyanlar baş verib, hətta bir neçə dəfə müstəqil Uyğur dövləti də qurulub. Sonuncu Şərqi Türküstan dövləti 1944-cü ildə yaradılsa da, 1949-cu ildə vətəndaş müharibəsində qalib gələn Çin kommunistləri 6 illik mübarizədən sonra bu coğrafiyanı ilhaq ediblər və 1955-ci ildə burada Sintszyan-Uyğur muxtar regionu yaradıblar. Çin Xalq Respublikası dövründə də Pekin bölgədə uzunmüddətli sabitlik yarada bilməyib, lokal üsyanlar və müqavimət davam edib.

Bir uyğur atalar sözündə deyilir  “ Bu gün göz yumduqlarımız sabah bizə göz açdırmayacaq olanlardır”

Araşdırmaçı- yazar: Gülyetər Nadirqızı

 

 

Translate »