İyun 8, 2023

Nağıllardakı həyat: Qonşu ölkədə 1500 illik tarixi olan cırtdanlar kəndi

Real həyatda nadir hallarda inkişafdan geri qalan, boyu kiçik insanlarla qarşılarıq. Lakin cırtdanlar haqqında adətən nağıllarda oxumuşuq. Onların yaşayış tərzi, həyat fəaliyyətləri barədə cizgi filmləri sayəsində təsəvvürümüz formalaşıb. Lakin yanlış cırtdanların yaşadığı kənd də var. Bu kənd qonşu İranda yerləşir.

Turaz.org bu dəfə sizə cırtdanlar kəndindən yazır.

Cırtdanlar kəndi olan Makhunik İranın şimal-şərqində 1500 il əvvəl qurulmuş bir kənddir. Əfqanıstan sərhədindən 75 kilometr uzaqlıqda yerləşir. 100 il əvvəl burada yaşayan insanların boyu təxminən 1 metr idi. 2005-ci ildə kənddə boyu ərazidə 25 santimetr uzunluğunda mumiyalanmış insan cəsədi tapılmışdı. Bu hadisədən sonra şayiə yayılır ki, Makhunik də daxil olmaqla ətrafdakı 13 kənd cırtdanların məskunlaşdığı şəhər olub. Mütəxəssislər mumiyanın 400 il əvvəl ölən körpəyə aid olduğunu desələr də, əvvəllər də Maxunikdə yaşayan kəndlilərin boyu bu faktın real olduğunu təsdiqləyirdi. Kəndlilərin boyunun qısa olmasının ən böyük faktorlarından biri düzgün qidalanmamaları idi. Bu quraq və ucqar bölgədə mal-qara yetişdirmək mümkün deyildi. İnsanlar yalnız turp, taxıl, arpa və xurmaya bənzər bitkilər yetişdirirdilər. Kəndin ən maraqlı xüsusiyyətlərindən biri də İran mətbəxində və qonaqpərvərliyində mühüm yer tutan çaya nifrət etməsi idi.

Rəvayətə görə əvvəllər orada yalnız marixuana aludəçilərinin çay içməsi kənd sakinlərində çaya nifrət yaradıb.

20-ci əsrin ortalarında kəndə yol çəkilir və kəndin sakinləri də ölkənin digər bölgələrindəki kimi düyü və toyuq kimi qidalar almağa başlayır.

2022-ci ildə kəndin 800-dən çox əhalisi var. Kənddəki 200 daş evdən 70-80-nin tavanı çox alçaqdır. 10-14 kvadratmetr ərazisi olan otqaqların bir küncü taxıl anbarı, digər küncü ocaq, bir hissəsi isə yataq yeri kimi istifadə olunur. Lakin evlərin bu qədər kiçik olması təkcə orada yaşayan insanların qısa olması ilə bağlı deyil. Hamar yollar və yük daşımaq üçün heyvanlar olmadığından insanlar evlərini tikdikləri daşları və digər materialları kilometrlərlə daşımalı olurdular. Kiçik evlər daha az material tələb etdiyi, qızdırmaq və soyutmaq daha asan olduğu üçün bu üsuldan istifadə ediblər. Bu gün də kənddə həyat tərzi elə də asan deyil. Kənddə quraqlıq hökm sürür, iş tapmaq çətin olduğu üçün gənclər uzaq məsəafə qət etməli olurlar.

Kəndin qadınları toxuculuqla məşğuldurlar. Qocalar isə yalnız yardımlarla yaşamağa çalışırlar. Ötən əsrlə müqayisədə kənd sakinlərinin boyu daha uzundur.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva

Translate »