Noyabr 29, 2022

Naməlum şəxs Nensi Pelosinin evinə basqın edib və həyat yoldaşını yaralayıb

Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib və həyat yoldaşı Pol Pelosini yaralayıb.

Turaz.org xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs saxlanılıb. Hadisə vaxtı Pelosi evdə olmayıb. Pol Pelosi xəstəxanaya yerləşdirilib.

Translate »