Fevral 3, 2023

“National Geographic” Xudafərinin fotosunu paylaşdı

“National Geographic” özünün İnstaqram səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.

Turaz.org xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilir.

Qeyd edilir ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir.

Paylaşımda həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılır.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/oten-il-dunyada-oldurulen-jurnalistlerin-sayi-aciqlandi/

Həmçinin bax: turaz.org/qonsumuzda-sabahdan-karantin-yumsaldilir/

Translate »