Yanvar 29, 2022

NATO-nun Qafqaz siyasəti

NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 4 aprel 1949-cu ildə SSRİ blokuna qarşı yaradılmış ittifaqdır. İttifaqın Qafqazda hal-hazırda ən yaxın müttəfiqi isə Gürcüstan Respublikasıdır.

30-dan çox üzvü olan Alyans ilk dönəmlərdə SSRİ-yə qarşı yaradılsa da, SSRİ-nin süqutundan sonra fəaliyyətini davam etdirmiş və əsas maraq dairəsini Rusiyaya və ondan qopan post-sovet ölkələrinə qarşı yönəltmişdir.

Alyansın ilk hərbi əməliyyatlarını Koreya müharibəsində SSRİ-nin dəstəklədiyi kommunistlərə qarşı həyata keçirmişdir.

Qardaş ölkə Türkiyənin də üzv olduğu təşkilat Qafqazda və Şərqi Avropada, eləcə də Qara dəniz sahillərində Rusiya təcavüzünə qarşı əsas müqavimət göstərən təşkilatdır.

Son zamanlarda Rusiyanın Belarusla birgə Ukraynaya qarşı artan aqressiv siyasətinə qarşı Ukraynanı dəstəkləyən Alyansın sabahkı toplantısından hansı qərarın çıxacağı maraq doğurur.

Vətən müharibəsində və Qarabağ münaqişəsində bizi dəstəkləyən və Rusiya təcavüzündən əziyyət çəkən Ukraynanın Rusiyanın açıq müdaxiləsindən qoruyan da məhv Alyansdır.

Bəs biz hansı mövqeni tutmalıyıq? Qardaş ölkə Türkiyə və dost Ukraynanın yanında olmaq, yoxsa Qafqazda aqressiv siyasət yürüdən Rusiyanın?

Translate »