Yanvar 29, 2022

NATO təcili iclas keçirib, Ukrayna sərhədindəki vəziyyət müzakirə olunub

NATO-ya üzv ölkələrin Baş Qərargah rəisləri təhlükəsizlik problemlərini müzakirə etmək üçün təcili virtual iclas keçiriblər.

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bu barədə məlumat alyansın saytında dərc edilib.

Bildirilib ki, toplantıda Ukraynanın sərhədyanı bölgəsindəki vəziyyət də gündəmdə olub.

Qeyd edək ki, iclasda müttəfiq ölkələrin 30 Baş Qərargah rəisi iştirak edib.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/turkiye-xususi-teyinatlilari-suriyada-5-terrorcunu-zerersizlesdirib
Həmçinin bax: kafkazh.com/qarapapaqlar

Translate »