Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub, hərbçimiz yaralanıb.
Turaz.org xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata əsasən mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
Müxbir: Fəxriyyə Qarayeva
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli