24.02.2021 tarixində Naxçıvan Rəssamlar Birliyində “Qəhrəmanlar unudulmur” adlı rəsm sərgisi keçirilib.

Turaz.org xəbər verir ki, tədbirdə təxminən 25 rəssamın 69 rəsm əsəri sərgilənib. Bunlar arasında rəssam Şəmsəddin Böyükdüzlünün də 29 rəsm əsəri yer alıb.

Bu əsərlər Vətən Müharibəsi zamanı şəhid olmuş şəxslərin portretlərindən ibarət olub. Tədbirə şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, “Naxçıvanlılar” qrupunun sədr müavini Vaqif Şahsuvarov və bir çox rəsmi şəxslər dəvət edilib.

Qeyd edək ki, Şəmsəddin bəyin çəkdiyi portretlərə “Naxçıvanlılar” qrupunun xeyirxah qrup üzvləri dəstək olub. Tədbirin sonunda portretlər şəhidlərin ailəsinə təqdim edilib.


Hazırladı: Məleykə Mirzəli
Həmçinin bax: https://turaz.org/qardas-olkede-karantin-rejimi-1-martdan-etibaren-yumusaldilacaq/
Son Xəbərlər
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür
“Digital tourist” eTwinning layihəsi