İyul 4, 2022

Naxçıvanda əməkhaqqı 3 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Naxçıvan MR-də bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 548,8 manat təşkil edib.

Turaz.org bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və yaxud 1,2 % artaraq 1 milyon 704,9 min nəfər olub. Onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »