Ümumilikdə, 2021-ci ildə Naxçıvan Muxtar Respublikasında 573 milyon 380 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci illə müqayisədə 5,3 faiz çoxdur.
Turaz.org-un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib.
V.Talıbov qeyd edib ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və artırılması diqqətdə saxlanılıb, keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 342 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 330 mindən çox ağac və gül kolu əkilib: “Hazırda tingçilik təsərrüfatlarında yetişdirilən meyvə və həmişəyaşıl tinglər, gül və bəzək kolları daxili tələbatı tam ödəyir”.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib