Dekabr 8, 2021

Naxçıvanda müasir əsgəri-məişət kompleksləri tikilib

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Əlahiddə Ümumqoşun Orduya Naxçıvan Qarnizonu üzrə hərbi hissələrdə qış mövsümü üçün tələb olunan geyim, yanacaq və ərzaq ehtiyatının yaradılmasının vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq verilib.

Turaz.org-un xəbərinə görə, tapşırığa əsasən hərbi hissələrdə təchizat və təminat işləri aparılıb, silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.

Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub.

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.

Müxbir: Əzizə Əlizadə

Translate »