Ötən ay Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 25 əcnəbi aşkarlanıb, onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu barədə Turaz.org muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 326 müraciət daxil olub. Bunlardan 139-u əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün işicazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Füzulidə silah-sursat aşkar edilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb