May 28, 2023

Naxçıvanda ÜDM artıb

Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603 milyon 721 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Turaz.org muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 3 471,3 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/naxcivan-ehalisinin-sayi-artib-3/

Həmçinin bax: tehsilim.org/babil-lovhesinde-tetbiqi-hendeseden-istifade-edilmenin-en-qedim-numunesi-tapilib/

Translate »