Oktyabr 21, 2021

Nazir: “Azərbaycan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə böyük əhəmiyyət verir”

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verilib və ölkəmizin ərazi bütövlüyü təmin edilib”.

Turaz.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir çıxışında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və bunun doğurduğu ağır nəticələrdən bəhs edib.

C.Bayramov regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.

XİN başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb.

O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Nazir bu xüsusda toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »