Oktyabr 3, 2022

Nazir Çavuşoğlu: Seysmik araşdırma və qazma işləri Şərqi Aralıq dənizində davam edəcək

Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, “avqust ayının sonundan etibarən bəzi bölgələrdə kontinental şelfimizin qərb sərhədlərini də müəyyən etdik. Həmin bölgələrə lisenziya verərək hər cür seysmik tədqiqat və qazma işlərini davam etdirəcəyik.”
Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyində Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışdı.

“Bir millət və iki dövlət” anlayışı ilə Azərbaycanla birlikdə çalışdıqlarını və bu anlayışla bundan sonra da işlərini davam etdirəcəklərini qeyd edən Çavuşoğlu, bu çərçivədə iki ölkə arasında ikitərəfli ticarət həcminin 15 milyard dollara çatdırılmasının lazım olduğunu bildirdi.

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların artırılmasına işarə edən Çavuşoğlu, Azərbaycanın xüsusilə enerji sahəsində ən böyük layihələri həyata keçirdiyini söylədi.

“Türkiyə Şərqi Aralıq dənizində müvəqqəti güzəştlər deyil, bəzi jestlər etdi”

Türkiyədə, Aİ və Almaniyada “Bu jesti edirik, ancaq Yunanıstan və Kipr Rum tərəfində müsbət addımından daha çox mənfi addım görəcəksiniz” , deyən Çavuşoğlu Türkiyənin mübahisələrinin meydana gəldiyini söylədi.

Çavuşoğlu sözlərini belə davam etdirdi:

“Belə bir vəziyyətdə nə edirik; gəmilərimizi yenidən səfərbər etdik. Oruc Rəis bölgəyə getdi və avqust ayının sonunda yeni bölgələrdə kontinental şelfimizin qərb sərhədlərini müəyyənləşdirdik. Həmin ərazilərə lisenziyalar verərək hər cür seysmik tədqiqat və qazma işlərini davam etdirəcəyik. Burada qərarlaşmışıq. Şərqi Aralıq dənizində, Kiprdə həm Türkiyənin, həm də Kipr Türklərinin hüquqlarını sona qədər müdafiə edəcəyik və bu mövzuda hər hansı bir şəkildə güzəştə gedə bilmərik. Dünən Türkiyəyə qarşı bəzi açıqlamalar verildi. Bəziləri Türkiyəyə “yaxşı niyyət göstərmədiyini” deyir, lakin biz yaxşı niyyət göstərdik, amma qarşı tərəfdə pis niyyətli bir ölkə var. Buna görə günahlandırmaq istəsələr Yunanıstanı günahlandırmalıdırlar”.
Mənbə: Trthaber.com.
Müxbir: Aytac Cəfərova, tərcümə etdi: İsmayılova Mələkxanım.

Həmçinin bax:https://turaz.org/azerbaycan-ve-serbiya-arasinda-siyasi-ve-tehlukesizlik-meselelerine-dair-muzakireler-aparilib/

Həmçinin bax: https://kafkazh.com/cumhuriyyet-dovrunde-turk-felsefi-tefekkurunde-maarifcilik-ideyalarinin-inkisaf-tendensiyalari/

Translate »