Mart 25, 2023

Nazir Palkoviç Ankarada müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

 

Dronlar, zirehli maşınlar və günəş panelləri – Macarıstan müdafiə və enerji sahələrində Türkiyə ilə əməkdaşlığı artırmaq istəyir.

Turaz.org xəbər verir ki, Macarıstanın Texnologiya və Sənaye naziri Laszlo Palkoviç bazar ertəsi Ankarada türkiyəli həmkarı Mustafa Varank ilə ikitərəfli müdafiə əməkdaşlığını müzakirə edib.

Bundan əvvəl Macarıstan xarici texnoloji tərəfdaşları cəlb etməklə müxtəlif hərbi texnika istehsal etmək qərarına gəlib. Macarıstanın MTI xəbər agentliyinə danışan Palkoviç, bu layihənin texnoloji təfərrüatlarını müzakirə etdiklərini qeyd edərək, “Bu layihələrin ən əhəmiyyətlilərindən biri oktyabrda başlaması nəzərdə tutulan dörd təkərli zirehli döyüş maşınlarının istehsalıdır”.
Nazirlər, həmçinin Türkiyənin aparıcı istehsalçısı olduğu texnikanın da daxil edilməsi üçün hərbi əməkdaşlığı necə inkişaf etdirə və genişləndirə biləcəklərini müzakirə ediblər. Bunlara pilotsuz təyyarələr, pilotsuz uçuş aparatları və onların silahları daxildir. Palkoviç bildirib ki, planlara əsasən, istehsal Kaposvardakı birgə müəssisənin bir hissəsi kimi başlayacaq.

Ankarada keçirilən danışıqlarda enerji də əsas mövzu olub. Macarıstan nazirinin sözlərinə görə, Türkiyənin enerji istehsalını dəstəkləmək üçün güclü sənayesi var, məsələn, günəş panelləri və ya elektrik şəbəkəsinə qoşulan digər komponentlərin istehsalı. “Biz türk şirkətlərini Macarıstanda bu komponentləri və günəş panellərini istehsal etməyə sövq etmək istəyirik”, – Palkoviç əlavə edib.

Translate »