Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov Uzkənd dolama yolunun tikintisi layihəsi ilə tanış olub.
Uzkənd Bişkek-Uzkənd yolunun mərkəzi küçələrindən gündə 35 minə yaxın avtomobil, o cümlədən ağır yük maşınları və tranzit maşınlar keçir və nəticədə tıxac şəhər sakinləri üçün narahatlıq yaradır.
Turaz.org xəbər verir ki, hazırda Nəqliyyat və Rabitə Nazirliyi tərəfindən uzunluğu 14 km olan yolun tikintisi layihəsi hazırlanır. Layihənin ilkin dəyəri 800 milyon KGS-dir.
Bundan əlavə, Qırğızıstan Nazirlər Kabinetinin sədri qəzalı kimi tanınan Uzkənd vilayətinin Bosko-Yol kəndindəki orta məktəbin vəziyyəti ilə tanış olub. Məktəbdə 335 şagird təhsil alır.
Sədr Cəfərov müvafiq dövlət qurumlarına layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlamağı tapşırıb.
Tərcüməçi Həmidə İskəndərova
Son Xəbərlər
Azərbaycan və Türkiyənin XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Qarlı havanın təhsil müəssisələrinə təsiri: 85 tələbə imtahana gəlməyib
2023-də bürcləri nə gözləyir?