Oktyabr 22, 2021

Nazirlik “Arsak” məsələsi ilə bağlı açıqlama yaydı – Tarixi həqiqət!

Təhsil Nazirliyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı məsələyə münasibət bildirib. Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki,Nazirlikdən verilən açıqlamada bildirilir ki,

burada əslində tarixi həqiqət təhrif olunaraq əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid

olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir: “Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak

yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi

saxtakarlıq nümunəsidir. Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr

etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə

istifadəçilərinə yanlış məlumat vermişlər. Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə

istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali

məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, aşağıda göstərilən foto nümunədə də öz əksini tapır”.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://turaz.org/filippinler-duterte-sehiyye-iscilerine-xarice-seyahet-qadagasini-asanlasdirir/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Həmçin bax:https://kafkazh.com/dnt-molekulunun-replikasiyasi/

Translate »