Oktyabr 28, 2021

Nə yaxşı ki, MİQ-dən məntiqi çıxardılar”

Nə yaxşı ki, MİQ-dən məntiqi çıxardılar” – Fiziki tərbiyə fənni üzrə rekordçu xanım

14 avqustdan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

Yüksək nəticə göstərənlərdən biri fikizi tərbiyə müəllimiliyinə namizəd Talıbova Nurlana oldu. O, MİQ müsabiqəsinin test mərhələsində 52 bal toplayaraq vakant yer seçimində iştirak etmək hüququ əldə edib.

Nurlana Talıbova imtahanla bağlı təssüratlarını AzEdu.az-la bölüşdü:

Gənc müəllimi namizədi yaxından tanıyaq:

“2004-2007-ci illərdə Şəki Pedaqoji Texniki Kollecinin “Fiziki tərbiyə və hərbi hazırlığı” fakültəsini bitirmişəm. Həyat yoldaşım hərbçi olduğu üçün müxtəlif bölgələrdə yaşamışıq və bu səbəbdən müəllimlik fəaliyyətinə başlaya bilmədim. Son 3 ildir ki, MİQ müsabiqəsinə qatılıram, lakin əvvəlki illərdə topladığım balla qane olmurdum.Nəhayət ki, bu il gözlədiyim nəticəni əldə edə bildim”.

“Nəticəmə baxanda yaxşı ki, imtahandan məntiq çıxarılıb deyirəm”

Nurlana xanım MİQ müsabiqəsində edilən yeniliklərə münasibətini bildirdi:

“Kurikulum fənnindən sualların salınmağı çox yaxşı oldu. Səhvlərin yoxlanılması üçün verilən 10 dəqiqədən də yararlandım. Nəticəmə baxanda yaxşı ki, imtahandan məntiq çıxarılıb deyirəm. Məntiqdən yanılma ehtimalı daha çoxdur, lakin kurikulum nəzəriyyəni öyrənəndən sonra asan olur”.

Nurlana Talıbova sualların çətinlik səviyyəsinin gözlənilən olduğunu bildirdi:

“İxtisas fənnindən olan sualların 40%-i düşündürücü suallar idi. Belə olması da normal və gözlənilən idi. Bəzi suallar vardı ki, 2 variant arasında qalırdım, məhz səhvlərim də həmin testlərdə oldu. Yanvar ayından etibarən imtahan üçün hazırlaşıram. Kurikulum fənni üzrə son 1 ayda daha diqqətli çalışdım”.

Gənc müəllim namizəd MİQ-ə hazırlaşan həmkarlarına bir neçə məsləhəti də oldu:

“MİQ üçün hazırlaşan digər həmkarlarıma məsləhətim odur ki, dərs vəsaitlərini oxusunlar. Bu vəsaitlər bütün proqramı əhatə edir. Hazırlıq müəllimləri bəzən gərəksiz, həddən artıq informasiya ilə müdavimləri yükləyirlər. Belə olanda beyin yorulur və nəticə istənilən səviyyədə olmur”.

“Müəllim dərsdə aktiv, maraqlı olarsa, şagirdlər də həmin dərs saatını səbrsizliklə gözləyirlər”

Müəllim olaraq gələcək fəaliyyətində diqqət edəcəyi məqamları da açıqladı:

“İdeal müəllim peşəsinə vurğun olmalıdır, şagirdləri sevməlidir. Fiziki tərbiyə fənnini hədsiz sevirəm və tədrisinin normal həyata keçməsi üçün var gücümlə çalışacağam. Fiziki tərbiyədən yayınan şagirdlər əsasən valideyn basqısından bunu edirlər ki, hazırlıqlara getsinlər. Mən bu cür halla qarşılaşsam, əsla icazə verməyəcəyəm. Əslində şagirdlər bu fənni sevirlər. Fənni sevdirmə əsasən müəllimdən asılıdır. Müəllim dərsdə aktiv, maraqlı olarsa, şagirdlər də həmin dərs saatını səbrsizliklə gözləyirlər”.

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax:https://kafkazh.com/her-boyuk-felsefenin-meydan-oxumasi/

həmçinin bax:https://turaz.org/qerbi-azerbaycan-icmasi-gencler-birliyi-yaratdi/

Translate »