Ötən həftə əhəmiyyətli dərəcədə yüksələn neft qiymətlərində korreksiya çərçivəsində eniş qeydə alınıb.
Turaz.org birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,62 % ucuzlaşaraq 1 bareli 84,75 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,86 % düşüb və 1 bareli 79,42 ABŞ dolları təşkil edib.
Çində koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra “qara qızıl”a tələbatın artacağı ilə bağlı gözləntilər ötən həftə bu xammalın 8 %-dən çox bahalaşmasına səbəb olub.
Bu həftə isə investorların diqqəti Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və Beynəlxalq Enerji Agentliyinin (BEA) açıqlayacağı hesabatlara yönələcək.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/milli-meclisin-yaz-sessiyasinin-ilk-plenar-iclasinin-vaxti-melum-olub-2/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək