UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Şkupi” (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemir (Türkiyə) olacaq.
Bundan əvvəl “Neftçi” –“Şkupi” matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.
Müxbir: turaz.org xüsusi müxbir Jalə Hüseynova
Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/zenbur-jurnali
/https://azertag.az/xeber/Neftchi_Skupi_matchinin_UEFA_numayendesi_ve_hakim_inspektoru_mueyyenlesib-1565017
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”