Oktyabr 21, 2021

“Neftçilər Günü” münasibətilə hazırlanan animasiyada Xəzərdə Bakı neftinin daşınması canlandırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti 20 sentyabr – “Neftçilər Günü” münasibətilə informasiya xarakterli animasiya çarxı hazırlayıb.
Turaz.orghttp://turaz.org/ AZƏRTAC-a istinadən xəbər verir ki, animasiya neft tarixində inqilabi hadisə sayılan dünyada ilk dəfə “Aleksandr” barjı ilə Xəzərdə Bakı neftinin birbaşa tryumda daşınmasına həsr olunub.
Videoda sözügedən tarixi hadisə xronoloji ardıcıllıqla nümayiş etdirilir. Belə ki, animasiyada Bakıdan Həştərxana çəlləklərlə neft daşıyan Rusiya tacirləri Nikolay və Dmitri Artyomov qardaşlarının səfərləri canlandırılır. Qardaşların gəmisinin fırtınaya düşməsi, gəmidəki taxta çəlləklərin aşması və neftin tryuma dağılması, daha sonra tryuma tökülən neftin limana itkisiz çatması göstərilir.
Animasiyada bu hadisənin tacir qardaşlara yeni ideya verdiyi qeyd olunur. Artyomovlar 1873-cü ildə özlərinin “Aleksandr” adlı yelkənli gəmisinin tryumunda yenidənqurma işləri görürlər. Beləliklə, neftin barjlar vasitəsilə tryumda daşınmasının əsası qoyulur.
Qeyd edək ki, bu, ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin hazırladığı ilk animasiya çarxıdır. Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tariximizi canlandırmaqdır.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/sigortacilar-assosiasiyasi-ekspert-qrupu-yaradib/

Həmçin bax:https://kafkazh.com/dnt-molekulunun-replikasiyasi/

Translate »