İyun 2, 2023

Nərimanov rayonunda avtomobil yollarının təmirinə 4,6 milyon manat ayrılıb

Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün 4,6 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax: https://tehsilim.org/jose-mauro-de-vasconcelos-seker-portagali/

Həmçinin bax:https://turaz.org/kitab-oxumaq-proseslerinizi-izlemeye-imkan-veren-tetbiqetme-readminder/

Translate »