Dekabr 5, 2021

Nikol Paşinyan: “Dağlıq Qarabağın statusu məsələsi yoxdur”

Ermənistanın baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları məlum olub.

Turaz.org xəbər verir ki, bu barədə “Hayastan” (Ermənistan – Red) blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib.

O qeyd edib ki, görüş gərgin keçib:

“Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ – Red) varmı, o, (Nikol Paşinyan- Red) “yox” cavabını verdi. Ona xitabən dedim: sən, əslində, 23-24 gün “biz qalib gələcəyik” qışqırdın, indi deyirsən ki, kapitulyasiyaya imza atacaqsan. Cavab verdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb”.

Deputat əlavə edib ki, kapitulyasiya Ermənistanın məhv olması demədkir.

Müxbir: Əzizə Əlizadə

Translate »