Oktyabr 5, 2022

Nikol Paşinyan suallara cavab verib

Nikol Paşinyan BBC-nin Hard Talk proqramında Tovuz döyüşləri və Xocalı qırğınlarıı barədə suallara cavab verib

Nikol Paşinyan jurnalist Stiven Sackur-la müsahibəyə internet vasiləsilə qoşulub

Ermənistan lideri ilə müsahibəni jurnalist Stephen Sackur aparıb. BBC-nin HARD Talk proqramında qonaqlara maksimum tənqidi və çətin suallar verilir.

Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı “ilk hücumu etməkdə” ittiham edib. Azərbaycan, bundan əvvəl, bəyanatlarında Tovuz döyüşlərində “ilk hücuma” görə Ermənistanı ittiham edir.
Paşinyan etiraf edib ki, hər gərginləşmədən sonra beynəlxalq icma hadisənin iki versiyasını dinləyir. O söyləyib ki, buna görə də təmas xəttində monitorinq sisteminin quraşdırılmasına ehtiyac var.

Baş nazir qeyd edib ki, barışıq Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz. O, Azərbaycan Prezidenti İlham Əliyevi hərbi ritorikada və münaqişəni güc yolu ilə həll etmək cəhdində ittiham edib.

O, eyni zamanda, özünün Qarabağ – “Ermənistandır və nöqtə!” ifadəsini “minillik tarix” ilə əsaslandırıb.

“Mən niyə – Dağlıq Qarabağ, Artsax Ermənistandır – dedim? Birincisi, bir neçə min ildir ki, yerli erməni xalqı Dağlıq Qarabağda məskunlaşıb və yeri gəlmişkən, Artsax adının bir neçə min il yaşı var “, Paşinyan deyib.

O, bununla millətçi mövqe ifadə etməsi fikri ilə razılaşmayıb.

Sackur soruşub ki, Paşinyan ermənilərin Qarabağ münaqişəsi zamanı törətdikləri müharibə cinayətlərinə görə üzr istəməyə hazırdırmı?

Qarabağ münaqişəsi: iki qəsd nəzəriyyəsi
Qarabağ münaqişəsinin tarixçəsi ermənilərlə azərbaycanlıların birgə hazırladığı sənədli filmdə
Jurnalist konkret halların adını çəkməyib. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, 1992-ci ildə erməni qüvvələrinin Xocalıya hücumu bu münaqişədə mülki əhali arasında ən çox ölümə səbəb olub.

Ona Ermənistanda koronavirusla mübarizə və Ermənistanın geo-siyasi yeri barədə suallar da verilib.

O, öz hökumətinin koronavirusla bağlı mübarizə addımlarının uğursuz olması fikri ilə razılaşmayıb.

O qeyd edib ki, ölkə daxilində islahatların aparılmasına əsas dəstəyi Aİ-dən alır, eləcə də ölkə ordusu NATO ilə əməkdaşlıq edir, Əfqanıstan və digər ölkələrdə sülhməramlı missiya blokunda iştirak edir.

Aparıcının bu sualı bir az hipotetik sayıla bilər. Ermənistanən Aİ-yə və ya NATO-ya üzvlüyü barədə nə Brüssüldə, nə də Yerevanda söhbət gedir.

Mənbə: Bbc.com/azeri

Müxbir: Aytac Cəfərova

Həmçinin bax:https://kafkazh.com/miq-le-bagli-vacib-melumat/https://kafkazh.com/2020-2021-ci-tedris-ilinde-pese-tehsili-uzre-qebul-120-ixtisas-uzre-aparilacaq/

Translate »